Bakıda beş yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb
- 01.05.2026 13:34
- 71 baxış
Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb.
Edalettv.Az-ın məlumatına görə, hadisə aprelin 30-da Bakının Nizami rayonu ərazisində baş verib.
Nizami rayonu, C.Naxçıvanski küçəsinə valideynləri ilə qohumlarının evinə qonaq gələn 2021-ci il təvəllüdlü oğlan uşağı nəzarətsiz qaldığından həmin mənzilin qonaq otağından eyvana çıxıb. O, eyvandan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.

