Bakıda ər arvadı ilə başqasının yazışmasını tutdu: Kişini oğurladılar, təhqir edib videoya çəkdilər - MƏHKƏMƏ
- 11.06.2023 11:15
- 153 baxış
Bakı Apellyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Zamiq Vəliyev və Saqif Məmmədovun (hər iki şəxsin ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya protestinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Zamiq Vəliyev 3 il 1 ay və Saqif Məmmədov isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Zamiq Vəliyev qohumu, Saqif Məmmədovla zərərçəkmiş Alim Həsənovun (ad, soyadı şərti) həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə barədə razılıq əldə edib və cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib.
Belə ki, 2019-cu il tarixdə, saat 21:30 radələrində Zamiq Vəliyev həyat yoldaşının istifadəsində olan “Nokia” markalı mobil telefonundakı yazışmalardan zərərçəkmiş ilə intim əlaqəsi olmasını güman edib. O, Alim ilə həmin mobil telefon vasitəsilə arvadının adından “WhatsApp”da yazışaraq onu intim əlaqədə olmaq adı ilə aldadıb, qisas niyyəti ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Vulkan dağı” adlanan ərazinin yaxınlığında olan nömrəsiz fərdi yaşayış evinə dəvət edib. Zərərçəkmiş saat 23.00 radələrində həmin evin giriş qapısına gəlib. Zamiq Saqiflə birlikdə onun qolundan tutub, fiziki zor tətbiq etməklə həmin fərdi yaşayış evində saxlayıblar.
Həmin şəxslər orada Alimin cinsiyyət orqanını kəsəcəyi hədəsi ilə lüt soyunmasını tələb edib, dizi üstə oturtmaqla Zamiqin həyat yoldaşı ilə münasibətləri haqqında suallara cavab verməyə məcbur ediblər. Onlar zərərçəkmiş şəxsi telefon ilə çəkiblər. Daha sonra Zamiqlə Saqif onu şillə və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək burun sümüklərinin yerdəyişməyən sınığı, burunun qançırı və sağ gözün qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı kimi sağlamlığı qısa müddətə pozan yüngül zərər vurublar.
Daha sonra onlar zərərçəkmiş şəxsi polis orqanına təhvil vermək adı ilə əllərini arxadan iplə bağlayıblar, zor tətbiq ediblər.