Bakıda iki yaşlı qız hamamda öldü
- 27.05.2025 12:17
- 73 baxış
Bakıda azyaşlı qız boğulub ölüb.
Hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, Xəqani küçəsindəki mənzillərdən birində baş verib. Ev sahibi Təbriz Məmmədovun qızı, 2023-cü il təvəllüdlü Nilay Məmmədova hamamda vannada boğulub. Azyaşlı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.

