Bakıda ilin ilk məhkum ölümü qeydə alınıb
- 04.01.2025 13:57
- 94 baxış
Azərbaycanda məhkum cəzaçəkmə müəssisəsində ölüb.
Edalettv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrinin birində qeydə alınıb.
Orada cəza çəkən məhkum Fikrət İsmayılov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Xatırladaq ki, bu, 2025-ci ildə qeydə alınan ilk məhkum ölümüdür.

