Bakıda kafedə qadınlar arasında dava: Xəsarət alan var
- 04.12.2024 09:17
- 71 baxış
Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.
Edalettv.Az APA-ya istinadən xəbər verir ki, hadisə iaşə obyektində qeydə alınıb.
1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib.
Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

