Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi vuran şəxs SAXLANILDI

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü A.Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.

Digər Xəbərlər