Bakıda TİKİNTİDƏ FACİƏ: Usta hündürlükdən yıxılıb öldü
- 07.08.2025 14:04
- 77 baxış
Bakıda tikintidə bədbəxt hadisə baş verib.
Edalettv.Az Lent.az-a istinadən xəbər verir ki, Cəlilabad şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Kamil oğlu Şahbazov Bakı şəhərinin ərazisində qeyri-yaşayış obyektində usta işləyərkən hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən yaşadığı evdə ölüb.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

