Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var

Bakının Nizami rayonunda avtomobilin vurduğu piyadalardan biri ölüb.

APA xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

1959-cu il təvəllüdlü Kəmalə Həmid qızı Bağırova və 1961-ci il təvəllüdlü Gülarə Oktay qızı Əfəndiyeva şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyiblər. Həmin vaxt onları KIA markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Xəstəxanada müalicə alan Gülarə Əfəndiyeva həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər Xəbərlər