Bakıya yeni elektrik qatarı gətirilib

"Azərbaycan Dəmir Yolları" QSC və İsveçrənin "Stadler Rail Group" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, nəzərdə tutulmuş 10 qatardan sayca 5-cisi Bakı Dəmiryol Vağzalına çatıb.

Bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

"Ekologiyanın dostu, rahat və təhlükəsiz qatarlar xidmət sahələrimizdə test proseslərindən keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək", - deyə məlumatda qeyd olunub.

Digər Xəbərlər