Balabəy Məmmədovun Uğurları

Balabəy Məmmədov tikinti sahəsində uzun illərin təcrübəsinə malik, peşəsinə böyük sevgi və məsuliyyətlə yanaşan qeyrətli, vicdanlı və əsil Azərbaycanlıdır. O, gördüyü hər bir işdə dürüstlüyü, halallığı və keyfiyyəti əsas prinsip kimi qəbul edir. Balabəy müəllim üçün tikinti sadəcə maddi qazanc deyil, bu, insan əməyinə hörmət, cəmiyyət qarşısında məsuliyyət və gələcək nəsillər üçün etibarlı mühit yaratmaq deməkdir.

O, üzərinə götürdüyü hər bir layihəyə böyük diqqətlə yanaşır, işin ən xırda detallarına qədər nəzarət edir. Tikinti prosesində möhkəmlik, təhlükəsizlik və texniki tələblərin düzgün yerinə yetirilməsi onun üçün hər zaman prioritet olub. Məhz bu vicdanlı və prinsipial yanaşma Balabəy Məmmədovu sahəsində etibarlı, sözü ilə əməli bir olan mütəxəssis kimi tanıdıb.

Balabəy müəllim kollektivlə işləməyi bacaran, əməkdaşlarına dəyər verən, gənc mütəxəssislərə yol göstərən nümunəvi bir insandır. O, hər zaman zəhmətin tərəfində dayanır, işçilərin haqqının qorunmasına, ədalətli münasibətə xüsusi önəm verir. İnsanlarla ünsiyyətdə səmimiliyi, sadəliyi və düzgünlüyü onu cəmiyyət arasında hörmətli bir şəxsə çevirib.

Onun qeyrəti yalnız işində deyil, Vətənə, dövlətə və milli-mənəvi dəyərlərə münasibətində də özünü açıq şəkildə göstərir. Balabəy Məmmədov Azərbaycançılıq ruhuna sadiq, ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinə öz zəhməti ilə töhfə verən ləyaqətli bir vətəndaşdır. O, hər zaman haqqın yanında olan, çətin anda geri çəkilməyən, məsuliyyətdən qaçmayan bir Azərbaycan oğludur.

Belə vicdanlı, zəhmətkeş, qeyrətli və əsil Azərbaycanlı tikinti mütəxəssisləri cəmiyyətimizin dayaq nöqtəsidir. Balabəy Məmmədov məhz bu keyfiyyətləri ilə seçilən, əməli fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə göstərilən dəyərli bir şəxsdir


Hazırladı M.Xəlilova

Digər Xəbərlər