Balakəndə “Azərişığ”ın əməkdaşı faciəli şəkildə ölüb

Balakən sakini dirəkdən yıxılaraq ölüb.

Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ömər Şərəfəddin oğlu Ustayev işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən orada vəfat edib.

Qeyd edək ki, ölən şəxs “Azərişıq” ASC-nin yerli idarəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər