BƏƏ-nin hava məkanı daha bir həftə bağlı qalacaq

Birləşmiş Ərəb Əmirlikləri hava məkanının qismən bağlanmasını bir həftə müddətinə uzadıb.

Edalettv.Az-ın məlumatına görə, bu barədə TASS-a Yaxın Şərq hava nəqliyyatının idarə olunması xidmətindəki mənbə bildirib.

Qeyd edilib ki, BƏƏ hava məkanı martın 30-u bazar ertəsi günü beynəlxalq vaxtla (UT) saat 12:00-dək (Bakı vaxtı ilə saat 16:00) qismən bağlı qalacaq.

Yerli hava limanlarına uçuşlar üçün altı marşrut müəyyən edilib. Ekipajlara hava nəqliyyatının idarəolunması xidmətlərindən gələn əməliyyat məlumatlarını izləmək tapşırılıb.

Xatırladaq ki, ölkənin hava məkanında uçuş məhdudiyyətləri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ilə əlaqədar tətbiq edilib.

Digər Xəbərlər