BƏƏ-nin iqtisadiyyat naziri Şuşada səhər yürüşündə - FOTO
- 01.08.2024 17:42
- 58 baxış
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri Şuşada səhər yürüşünə çıxıb. Nazir və həmkarları səhər saatlarında Şuşanın əsas küçə və xiyabanlarından keçməklə Cıdır düzünə qədər yürüş ediblər.
Edalettv.Az xəbər verir ki, BƏƏ-nin iqtisadiyyat naziri və digər qonaqlar Şuşanın turizm imkanlarını yüksək qiymətləndirib, mədəniyyət paytaxtımızın mötəbər turizm bölgəsinə çevriləcəyinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Şuşada iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-li həmkarı Abdulla Bin Touq Al Marrinin iştirakı ilə Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.