Binəqədi rayonunda yeni obyekt inşası: Elşad Tağıyevin rəhbərliyi ilə qanuni layihə həyata keçirilir


Binəqədi rayonunda yeni obyekt inşası: Elşad Tağıyevin rəhbərliyi ilə qanuni layihə həyata keçirilir

Binəqədi rayonu, Lukoil yanacaq doldurma məntəqəsinin yaxınlığında müasir tələblərə cavab verən obyektin inşası uğurla davam etdirilir. Layihənin rəhbəri və sifarişçisi – iş adamı Elşad Tağıyevdir.

Məlumata əsasən, obyektin inşası bütün qanunvericilik tələblərinə uyğun şəkildə aparılır. İnşaat prosesinə başlamazdan öncə layihə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq müvafiq dövlət orqanlarında qeydiyyatdan keçirilib. Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş rəsmi sənədlər əsasında tikinti icazəsi əldə olunub.

Elşad Tağıyev qeyd edib ki, məqsəd bölgənin iqtisadi inkişafına töhfə vermək, həmçinin yerli əhalinin məşğulluğunu artırmaqdır:

“Bu obyekt həm yeni iş yerləri yaradacaq, həm də Binəqədi sakinlərinin gündəlik ehtiyaclarını qarşılayacaq müasir ticarət və xidmət mərkəzinə çevriləcək”, – deyə o bildirib.

Layihənin mərhələli şəkildə 2025-ci ilin sonunadək tam şəkildə tamamlanması nəzərdə tutulur. Obyektdə təhlükəsizlik, ekoloji standartlar və infrastruktur məsələlərinə xüsusi diqqət yetirilir.

Hazırda tikinti sahəsində peşəkar mühəndislər və ixtisaslaşmış tikinti briqadaları çalışır. Gözləntilərə əsasən, obyekt istifadəyə verildikdən sonra Binəqədi rayonunun sosial-iqtisadi simasında müsbət dəyişikliklərə səbəb olacaq.

Digər Xəbərlər