Britaniyada elektron siqaretlər qadağan ediləcək

Britaniya hökuməti ölkədə birdəfəlik istifadə üçün nəzərdə tutulan elektron siqaretlərin satışını qadağan edən qanun layihəsini parlamentə təqdim edəcək.

Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin bəyanatında deyilir.

Qeyd olunur ki, qadağanın Britaniyada iki il ərzində birdəfəlik elektron siqaretdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən doqquz dəfə artması fonunda tətbiq olunması istənilir.

Qanun layihəsi, həmçinin elektron siqaret mayelərində olan dadın məhdudlaşdırılması və yeniyetmələri cəlb etməsin deyə elektron siqaretlərin mağazalarda reklamının qarşısını almağı nəzərdə tutub.

Mənbə: RT

Digər Xəbərlər