Cavid Abdullayev. Sevimli Rəhbər
- 08.10.2025 10:45
- 2599 baxış
Bərdə rayon Xanərəb, Əmirli, Kənd, Şahvəllər və Soğanverdilər kəndlərinin bələdiyyə sədri Cavid Abdullayev — xalqına, dövlətinə və vətəninə sədaqətli bir rəhbər, uzaqgörən idarəçidir. Onun rəhbərliyi altında bu kəndlərdə son illərdə bir çox sosial və infrastruktur layihələri həyata keçirilmiş, kəndlərin siması yenilənmişdir.
Cavid müəllim xüsusilə son günlərdə kəndlərin 2 kilometr 200 metr uzunluğunda yolunun təmirini təşkil edərək əhalinin rahat gediş-gəlişini təmin etmiş, bu işdə Rağbət Baxşıyev və Kəmaləddin Bərdəlinin dəstəyindən səmərəli şəkildə istifadə etmişdir. Onun məqsədi hər zaman kənd sakinlərinin rifahının yüksəldilməsi, kəndlərin abad və müasir görkəmə qovuşmasıdır.
Peşəkar idarəçi olmaqla yanaşı, Cavid Abdullayev həm də geniş dünyagörüşlü bir ziyalıdır. 2008-ci ilin 4 noyabrında ABŞ-da Barak Obamanın prezident seçkilərində beynəlxalq müşahidəçi kimi iştirak etməsi onun beynəlxalq təcrübəyə malik, dünyada gedən siyasi proseslərə yaxından bələd bir şəxs olduğunu göstərir.
Cavid müəllimin ailə həyatı da nümunəvidir — iki övladı var, həm oğlu, həm də qızı ali təhsillidir. Bu, onun ailədə təhsilə və elmə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Xalq arasında hörmət və etibar qazanan Cavid Abdullayev öz fəaliyyətində daim ədalət, vicdan və məsuliyyət prinsiplərinə sadiq qalıb. O, Bərdə rayonunun inkişafına, kəndlərin abadlığına və insanların rifahına xidmət edən, səmimi, əməksevər və nüfuzlu bir rəhbər kimi tanınır.

