“Crocus” terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...

Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalına hücum edən terrorçuları məhkəmə tərəfindən təqsirli bilindikdən sonra son dərəcə ağır həbs şəraiti gözləyir.

Bu barədə Moskva İctimai Monitorinq Komitəsinin məsul katibi Aleksey Melnikov məlumat verib.

Onun sözlərinə görə, terrorçular ömürlərinin qalan hissəsini övladlarını görmədən keçirəcəklər:

“Terror aktı törədənləri yaxşı heç nə gözləmir. Ömürlərinin sonuna qədər onlar tabut kimi yerdə - 4-6 kvadratmetrlik kamerada olacaqlar, onlar sadəcə əlləri bellərində əyilmiş vəziyyətdə hərəkət etməli olacaqlar, onlarla ünsiyyət qadağan ediləcək. Böyük ehtimalla onlar bir daha uşaqlarını görməyəcəklər. Ömürlük həbs qorxuncdur, bu cəzaya məhkum olanları görmüşəm, çoxu tezliklə ölüm istəyir”, - deyə hüquq müdafiəçisi bildirib.

A.Melnikov ölüm hökmünün əleyhinə olduğunu da vurğulayıb.

Mənbə: Msk-news.net

Digər Xəbərlər