DİN: “Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq”

20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərk-silah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaqdır.

Digər Xəbərlər