"Dinamo Minsk" klubu rəsmi olaraq ev oyunlarını Sumqayıtda keçirəcək

Belarusun "Dinamo" (Minsk) klubu UEFA Konfrans Liqasının Liqa mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Minsk klubu oktyabrın 3-də saat 20:45-də Şotlandiyanın "Harts", noyabrın 28-də saat 21:45-də Danimarkanın "Kopenhagen" və dekabrın 12-də Şimali İrlandiyanın "Larn" kollektivlərini Sumqayıtda qəbul edəcək.

Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz olacaq.

Digər Xəbərlər