Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
- 24.05.2025 16:41
- 90 baxış
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi faciəli şəkildə dünyasını dəyişib.
Edalettv.Az xəbər verir ki, bu haqda ADPU-nun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Əmirova Gülnar Sabir qızının avtomobil qəzasında həlak olduğu bildirilir.

