Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verildi - ADLAR
- 12.02.2026 16:19
- 69 baxış
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Edalettv.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:
"2-ci dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi
Orxan Faiq oğlu Nəzərli - Dövlət Vergi Xidmətinin rəisi
"3-cü dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi
Nicat Şükür oğlu İmanov - Vergi siyasəti baş idarəsinin rəisi
Abbas Cəlil oğlu İsmayılov - Vergi auditi baş idarəsinin rəisi
Səməd Ədil oğlu Vəliyev - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi.

