Əfsanəvi "Sega"nın yaradıcısı vəfat etdi

"Sega Mega Drive" və "Dreamcast" oyun konsollarının yaradıcısı, yaponiyalı Hideki Sato 77 yaşında vəfat edib.

Edalettv.Az xəbər verir ki, mühəndisin ölüm xəbərini "Beep21" veb-jurnalı yayıb.

Bildirilir ki, Satonun səyləri sayəsində "Sega" videooyun tarixində öz izini qoymağı bacarıb.

Sato 1971-ci ildə şirkətə qoşulub və SG seriyası, həmçinin "Master System" oyun sistemlərinin hazırlanmasında iştirak edib. 1989-cu ildə o, tədqiqat və inkişaf istiqamətinə rəhbərlik etməyə başlayıb.

Onun rəhbərliyi altında "Sega" ev oyun konsolları bazarında fəal şəkildə rəqabət aparmağa çalışırdı. Həmin dövrdə bazarda "Nintendo Entertainment System" üstün mövqeyə malik idi.

Digər Xəbərlər