Ərdoğan və Putin telefonla Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin telefonla İsrail və Fələstin arasındakı gərginliyi, eləcə də bölgədəki böhranı müzakirə ediblər.

Ərdoğan bildirib ki, Qərbin sükutu Qəzza zolağında görünməmiş humanitar böhrana səbəb olub.

Ərdoğan, həmçinin qeyd edib ki, Qəzza zolağında həlak olan mülki vətəndaşların sayı hər dəqiqə artır. O, Türkiyənin Yaxın Şərqdə sabitliyin təmin edilməsi üçün səylərini davam etdirmək niyyətində olduğunu da bildirib.

Söhbət zamanı Rusiya və Türkiyə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq məsələlərinə toxunulub.

Putin Ərdoğanı yaxınlaşmaqda olan Türkiyə Cümhuriyyətinin yüzilliyi münasibətilə təbrik edib, bütün vətəndaşlarına rifah və firavanlıq arzulayıb.

Mənbə: TASS

Digər Xəbərlər