Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib - RƏSMİ

“Lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni silahlı birləşmələrinin texnikaları ələ keçirilib”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ermənilər pərakəndə şəkildə döyüş meydanını tərk edirlər:

“Onların Qarabağı könüllü halda tərk etməsi üçün şərait yaradılır”.

O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinə məxsus 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər ordumuz tərəfindən nəzarətə götürülüb:

“Yeddi nəqliyyat, dörd minaatan, bir tank, iki piyada döyüş maşını da qənimət olaraq ələ keçirilib”.

Digər Xəbərlər