Ermənistan ABŞ ilə birgə hərbi təlimlər keçirəcək
- 06.09.2023 11:37
- 109 baxış
Sentyabrın 11-dən 20-dək Ermənistan ABŞ ilə beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində birgə hərbi təlimlər keçirəcək.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər verib.
Məlumata görə, “Eagle partner 2023” adlı tədbir hərbi qurumun “Zar” sülhməramlı briqadasının təlim mərkəzinin bazasında olacaq.
Qeyd olunub ki, təlimlər sülhməramlı tapşırıqların yerinə yetirilməsi zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir.
Mənbə: İnterfaks