Ermənistan və Gürcüstan Putinin həbsini dəstəkləyən bəyannaməyə imza atıblar
- 06.09.2024 17:18
- 60 baxış
Ermənistan və Gürcüstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderini dəstəkləyən Avropa Şurasının bəyannaməsinə imza atıblar.
Bu barədə sənəd Avropa Şurasının saytında dərc olunub.
Mətbuat xidmətinin məlumatına görə, bəyannamədə Ukraynadakı münaqişə ilə bağlı ən vacib məsələlərin həllinin əsasları öz əksini tapıb.
Sənədi Litvanın sədrliyi ilə keçirilən iclasda Avropa Şurasına üzv və müşahidəçi dövlətlərin ədliyyə nazirləri qəbul edib. Sənəddə sadalanan prinsiplər tövsiyə xarakteri daşıyır.
Bəyannaməni Ermənistan və Gürcüstanla yanaşı, Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya və bir sıra digər ölkələr dəstəkləyib.
Azərbaycan, Türkiyə, Macarıstan, Bosniya və Herseqovina, Slovakiya və Serbiya isə sənədi dəstəkləməyib.