Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”
- 28.04.2024 14:29
- 96 baxış
Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib.
“Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”, - XİN-dən bildirilib.
Qeyd olunub ki, Marqara-Əlican keçid məntəqəsinə gəlincə, orada təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazırdır.
Mənbə: Sputnik