FƏRHAD AĞAYEV : 28 MAY, TARİXİ QÜRURUMUZ, MÜSTƏQİLLİYİMİZİN ƏBƏDİ RƏMZİDİR

Azərbaycan xalqının taleyində mühüm rol oynamış 28 May – Müstəqillik Günü milli dövlətçiliyimizin təməlini qoyan, azadlıq ideyalarının gerçəyə çevrildiyi möhtəşəm gündür. Bu gün münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə də ölkəmizin əziz rəhbəri, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ürəkdən təbrik edirəm!

1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti, Şərqdə ilk demokratik, hüquqi və parlamentli respublika kimi tarixə düşdü. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu cümhuriyyət müasir Azərbaycanın hüquqi, siyasi və mənəvi əsaslarını yaratdı. Həmin dövrdə qəbul edilən qərarlar, irəli sürülən islahatlar və cəmiyyətə aşılanan milli ideyalar bu gün də öz aktuallığını qoruyur.

XXI əsrdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsi istiqamətində aparılan siyasətin memarı cənab Prezident İlham Əliyev olmuşdur. Onun uzaqgörən, qətiyyətli və milli maraqlara əsaslanan liderliyi nəticəsində ölkəmiz böyük uğurlara imza atmış, torpaqlarımız işğaldan azad edilmiş, milli ləyaqətimiz bərpa olunmuşdur. Bu gün Azərbaycanın hər bir vətəndaşı fəxrlə deyə bilər ki, biz həm azad, həm də qalib bir xalqıq!

Müstəqillik təkcə bayraqla, gerblə, himnlə ölçülmür. Müstəqillik xalqın iradəsi, dövlətin gücü, millətin mənəvi birliyi ilə möhkəmlənir. Neftçilər Premium Park Residence-in təsisçisi kimi fəaliyyət göstərdiyim illər ərzində mən bir daha əmin oldum ki, Azərbaycan dövləti öz vətəndaşını düşünən, sahibkarlığı dəstəkləyən, iqtisadiyyatı davamlı inkişaf etdirən müasir bir dövlətdir. Bu da məhz cənab Prezidentin rəhbərliyi altında mümkün olmuşdur.

28 May günü təkcə keçmişimizin qüruru deyil, gələcəyimizin də yol xəritəsidir. Biz bu gün azadıq, sabitlik içindəyik, güclü liderə sahibik və bu, bizim ən böyük sərvətimizdir. Bu gün biz, həm tikilən hər bir evin, qurulan hər bir işin, yaşadığımız hər anın arxasında müstəqillik ruhunu hiss edirik. Hər birimiz bu ruha xidmət etməliyik!

Bu münasibətlə bir daha xalqımızı təbrik edir, ölkəmizə sülh, rifah, davamlı inkişaf, Prezidentimizə isə möhkəm can sağlığı, ali missiyasında uğurlar arzu edirəm. Yaşasın müstəqil Azərbaycan! Yaşasın xalqımızın birlik və bərabərliyi!


Hörmətlə,

Fərhad Ağayev

Neftçilər Premium Park Residence-in təsisçisi

Digər Xəbərlər