FHN-in generalı təqaüdə göndərildi: Yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib. 

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.

Digər Xəbərlər