Gecə saatlarında Moskvaya dronlarla kütləvi hücum olub
- 21.08.2024 10:25
- 58 baxış
Təkcə gecə saatlarında Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan ümumilikdə 10 PUA-nı zərərsizləşdirib.
Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz "Telegram" kanalında məlumat verib.
S.Sobyanin Moskvaya bu gecə PUA-larla hücumun hərbi əməliyyatlar başlayandan bəri ən genişmiqyaslı olduğunu vurğulayıb.
Məlumat üçün əlavə edək ki, ümumilikdə bu gecə Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynaya məxsus 45 pilotsuz uçan aparatı məhv edib.