Gədəbəydə faciə: Qohumları ilə içki içən kişi küçədə öldü
- 09.12.2023 15:23
- 96 baxış
Gədəbəydə kişi küçədə ölüb.
Lent.az xəbər verir ki, hadisə Qaradağ kəndində baş verib. 52 yaşlı İsrayıl Vəli oğlu Cabbarov yaşadığı evdə qohumları ilə birgə yemək yeyərək spirtli içki qəbul edib. Qohumları getdikdən sonra o, kənd ərazisində olan dayanacağa gedib. Burada qəfil halı pisləşib.
Ətrafda olanların çağırışı ilə gələn təcili tibbi yardım həkimləri onun öldüyünü müəyyən ediblər.
Faktla bağlı araşdırma aparılır.