Goranboyda ev yanıb, altı aylıq körpə xəsarət alıb

Goranboyda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonunun Veyisli kəndində ümumi sahəsi 95 kvadratmetr olan kürsülü, birmərtəbəli ikiotaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 kvadratmetr sahədə yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın məlumatına görə, yanğında altı aylıq körpə xəsarət alıb. Yanıq xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur.

Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Digər Xəbərlər