Göygöldə əqrəb sancan müəllim ölüb
- 07.10.2024 11:52
- 60 baxış
Göygöl rayonunda əqrəb sancan müəllim ölüb.
"Report"un məlumatına görə, Göygöl rayon Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədovu sentyabrın əvvəlində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb.
İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb, müalicəsi bir ay davam etdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Məmmədov həmin hadisəyə qədər Göygöl rayon Toğanalı kənd orta məktəbində gənclərin hərbi hazırlığı fənnini tədris edib.