"Güclü pasportlara" malik ölkələrin reytinqi dərc edildi: Azərbaycan neçənci yerdədir?
- 14.01.2026 14:26
- 75 baxış
2026-cı ildə Azərbaycan vizasız girişə icazə verilən ölkələrin sayına görə dünya pasport reytinqində 67-ci yerdə qərarlaşıb.
Edalettv.Az xəbər verir ki, bu barədə "Henley & Partners" tərəfindən tərtib olunan reytinqdə məlumat verilib.
2025-ci illə müqayisədə ölkəmiz üç pillə irəliləyib. Azərbaycan vətəndaşları artıq 70 vizasız istiqamətə çıxış əldə ediblər.
Qonşu ölkələr - Ermənistan, Gürcüstan və İran müvafiq olaraq 71-ci, 42-ci və 92-ci yerlərdədirlər. Ermənistanın 66, Gürcüstanın 112, İranın isə 40 istiqamətə çıxışı var.
Sinqapur ardıcıl ikinci ildir ki, reytinqə başçılıq edir. Bu ölkənin vətəndaşları 192 ölkəyə vizasız səfər edə bilirlər. Əfqanıstan isə 24 belə istiqamətlə siyahının sonundadır.
Reytinqin ilk onluğuna (bir çox mövqeləri eyni anda bir neçə ölkə tutur) Yaponiya və Cənubi Koreya, BƏƏ, Aİ ölkələrinin əksəriyyəti, Böyük Britaniya və ABŞ daxildir.
Siyahının sonundakı yerləri isə Əfqanıstandan başqa Suriya, İraq, Yəmən, Pakistan və Somali tuturlar.

