Hakim Anar Sadıqovun fəaliyyətinə xitam verildi

Məhkəmə-Hüquq Şurasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə baxılıb.

Edalattv.Az-ın məlumatına görə, qərara əsasən, hakim Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verilib.

Xatırladaq ki, Anar Sadıqov hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasına ərizə ilə müraciət etmişdi.

Anar Sadıqovun hakimlikdən getmək istəməsinin səbəbi isə onun hüquq sahəsi üzrə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi olub.

Digər Xəbərlər