Hava limanı istiqamətində bəzi marşrutların hərəkət sxemləri dəyişdiriləcək

14 fevral, saat 00:00-07:00 aralığında Heydər Əliyev prospekti ilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən "Buta Palace" yaxınlığındakı yolötürücüyə qədər, 15 fevralda isə əks istiqamətdə "Buta Palace" yaxınlığındakı yolötürücüdən aeroport istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Edalettv.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Belə ki, fevralın 14-də (saat 00:00-07:00 aralığında) qeyd olunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) - Zığ şosesi - 57-ci Suraxanı küçəsi - 56-cı Suraxanı küçəsi - Heydər Əliyev prospekti (Yolötürücü, "Buta Palace") istiqamətində hərəkət edəcəklər.

Fevralın 15-də isə marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, "Buta Palace") - 56-cı Suraxanı küçəsi (Yeni Suraxanı qəsəbəsi) - Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdən sonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Digər Xəbərlər