İcra başçısı köməkçisini də Bakıya gətirdi

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli köməkçisini işdən çıxarıb.

Edalettv.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, müvafiq əmrlə Ceyhun İsmayılov başçının köməkçisi vəzifəsindən azad olunub.

Ceyhun İsmayılov Nəsimi Rayon İcra Hakimiyyəti icra başçısı Elxan İbrahimovun köməkçisi təyin edilib. Elxan İbrahimov bundan əvvəl Elbrus Məmmədovu köməkçi vəzifəsindən azad edib.

Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Ceyhun İsmayılovu özünə köməkçi təyin etmişdi.

Digər Xəbərlər