İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Edalettv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.

Digər Xəbərlər