İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib
- 21.08.2025 12:21
- 78 baxış
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Edalettv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.

