İmran Xan həbsdən azad edilir
- 29.08.2023 16:23
- 111 baxış
İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatının lideri İmran Xanın dövlətə məxsus Toşaxan anbarından qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi üzrə üçillik cəzasını ləğv edib.
Məlumata görə, sabiq baş nazir girov müqabilində həbsdən azad olunacaq.
Xatırladaq ki, bir gün əvvəl Pakistanın ali instansiya məhkəməsi Xana qarşı adam öldürməyə cəhd (ona qarşı cinayət işinin açılmasına nail olan vəkil Rəzzək Şarı) ittihamını ləğv edib.
Qeyd edək ki, İmran Xan 2018-ci ildə Pakistanın baş naziri vəzifəsinə keçib. 2022-ci ilin aprelində ona qarşı etimadsızlıq səsverməsi qəbul edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Oktyabr ayında İmran Xan seçkidən kənarlaşdırılıb və beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.
Ümumilikdə, hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra siyasətçiyə qarşı 150-dən çox məhkəmə işi açılıb. İmran Xan tərəfdarlarının ölkəboyu dövlət idarələrinə və hərbi obyektlərə hücum etdiklərinə görə, eyni zamanda, korrupsiya, terrorizm və fitnəkarlıqda ittiham olunur.
Mənbə: Al-Jazeera