İş adamı Elşad Faxratov
- 28.05.2026 12:37
- 2465 baxış
Abşeron rayonunun tanınmış sahibkarlarından biri kimi tanınan Elşad Farxatov həyata keçirdiyi tikinti layihələri ilə sakinlərin rəğbətini qazanan iş adamları sırasında xüsusi yer tutur. Xırdalan şəhərində dəmir yolunun yaxınlığında, həmçinin Sulutəpə və Hökməli–Qobu yolu istiqamətində inşa etdirdiyi yaşayış evləri keyfiyyəti, müasir görünüşü və rahatlığı ilə seçilir.
Tikinti sahəsində məsuliyyətli fəaliyyəti ilə diqqət çəkən Elşad Farxatov həyata keçirdiyi layihələrdə vətəndaş məmnuniyyətini əsas prioritet hesab edir. İnşa olunan yaşayış binalarında görülən işlərin keyfiyyəti, istifadə olunan materialların dayanıqlılığı və binaların müasir standartlara uyğun şəkildə tikilməsi sakinlər tərəfindən yüksək qiymətləndirilir.
Xırdalan və ətraf ərazilərdə həyata keçirdiyi tikinti işləri bölgənin inkişafına da öz töhfəsini verir. Elşad müəllimin rəhbərliyi ilə inşa edilən yaşayış evləri həm görünüşü, həm də rahat yaşayış şəraiti ilə fərqlənir. Bir çox vətəndaş onun həyata keçirdiyi layihələri etibarlı və nümunəvi tikinti işi kimi dəyərləndirir.
Sahibkar Elşad Farxatov təkcə fəaliyyəti ilə deyil, milli və mənəvi dəyərlərə verdiyi önəmlə də seçilən insanlardan biridir. O, qarşıdan gələn müqəddəs Qurban bayramı və 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib. Elşad müəllim təbrikində dövlətimizin daim güclü olmasını, xalqımızın firavan və birlik içində yaşamasını arzulayıb.
O bildirib ki, Azərbaycan xalqı hər zaman milli birlik və həmrəylik nümayiş etdirərək dövlətçiliyimizə sahib çıxıb. Sahibkar xalqımıza sülh, əmin-amanlıq, şəhid ailələrinə səbir, qazilərimizə can sağlığı arzulayıb və ölkəmizin inkişafı naminə hər kəsin birlik göstərməsinin vacibliyini vurğulayıb.
Elşad Farxatovun həm sahibkarlıq fəaliyyəti, həm də dövlətə və xalqa bağlı mövqeyi onu Abşeron rayonunda tanınan və hörmət qazanmış şəxslərdən
birinə çevirilib.
Hazırladı M. Xəlilova

