İsrafil Hüseynov Nümunəvi Bələdiyyə sədri

Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov Rafiq oğlu sədr seçildiyi gündən etibarən öz fəaliyyəti ilə diqqət çəkən, xalqa xidmət prinsipini əsas tutan rəhbərlərdən biridir. O, qısa müddət ərzində həyata keçirdiyi faydalı təşəbbüslər və gördüyü dəyərli işlərlə Buzovna sakinlərinin rəğbətini qazanmışdır.

İsrafil Hüseynov bələdiyyə ərazisində abadlıq işlərinin genişləndirilməsi, sosial problemlərin həlli və sakinlərin müraciətlərinə həssas yanaşılması istiqamətində daim fəallıq göstərir. Onun rəhbərliyi ilə həyata keçirilən işlər bölgənin inkişafına və insanların rifahının yüksəlməsinə xidmət edir.

Dövlətçilik prinsiplərinə sadiq olan İsrafil Hüseynov ölkəmizin inkişaf siyasətini dəstəkləyən, Prezidentimizin həyata keçirdiyi quruculuq və inkişaf yoluna öz töhfəsini verən məsuliyyətli bələdiyyə sədridir.

Vicdanlı fəaliyyəti, insanlara yaxın münasibəti və gördüyü xeyirxah işlərlə seçilən İsrafil Hüseynov Rafiq oğluna gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Digər Xəbərlər