İsrail ərazisinə soxulan silahlıların sayı açıqlandı

Oktyabrın 7-i səhər saatlarında İsrail ərazisinə soxulmuş HƏMAS silahlılarının sayı 200-300 nəfər təşkil edə bilər.

İsrail polisinin məlumatına görə, bu silahlıların bir qismi hələ də İsrail ərazisində gizlənə bilər.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrail ərazisi raket atəşinə tutulmağa başlayıb, eyni zamanda silahlılardan ibarət bir neçə qrup ölkə ərazisinə soxulub.

Mənbə: “Haaretz”

Digər Xəbərlər