İsrail Vəliyev: “Jurnalistlər cəmiyyətin vicdanı və haqq səsidir”
- 22.07.2025 12:25
- 2232 baxış
22 iyul – Milli Mətbuat Günü münasibətilə informasiya cəbhəsində yorulmadan çalışan bütün jurnalistlərimizi səmimi qəlbdən təbrik edirəm.
Hər kəsin susduğu anda danışmağı bacaran, hər çətinlikdə həqiqətin izinə düşən jurnalistlərin əməyini yüksək qiymətləndirirəm. Onların qələmi – bəzən bir haqqın bərpasına, bəzən bir haqsızlığın qarşısının alınmasına vəsilə olur.
Bugünkü media nümayəndələri həm cəmiyyətin maariflənməsi, həm də ölkəmizdə baş verənlərin obyektiv şəkildə çatdırılması baxımından əvəzsiz iş görürlər. Əslində siz – jurnalistlər, bu xalqın vicdanını, söz azadlığını və gerçəkliyə olan ehtiyacını təmsil edirsiniz.
Bu önəmli gündə hər birinizə güc, möhkəm iradə və bitib-tükənməyən yazı ilhamı arzulayıram. Qələminiz həmişə haqqın yanında olsun!
Hörmətlə,
İsrail Vəliyev

