İsveçrə “Avroviziya-2024”ün qalibi olub
- 12.05.2024 08:42
- 84 baxış
İsveçrə “Avroviziya-2024”ün qalibi olub.
Gundelikxeber.Az xəbər verir ki, İsveçrə təmsilçisi 591 xal toplayıb.
İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri qərarlaşıb.
Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov müsabiqənin final mərhələsinə vəsiqə qazana bilməyiblər. Onlar birinci yarımfinalın ikinci hissəsində “Özünlə apar” mahnısı ilə çıxış ediblər.