Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
- 19.05.2025 13:36
- 98 baxış
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb.
Edalettv.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı Eyvaz Soltanpaşa oğlu İbrəhimov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Onun yerinə daxili xidmət mayoru Zahidov Alim Oktay oğlu təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-in texnikalar üzrə rəisi olub.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

