“Laçın” SBM-dən keçən erməniəsilli şəxs Azərbaycan dilində danışıb: “Hər şey qəşəngdir”
- 23.08.2023 11:45
- 107 baxış
Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən daha bir erməniəsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını bildirib.
“Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, o, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Erməniəsilli şəxs azərbaycanlı jurnalistlərin “Necə idi? Sizə hər hansı bir maneə yaradıldımı?” sualına Azərbaycan dilində “qəşəng” deyərək cavab verib.