Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edildi
- 09.12.2023 13:12
- 100 baxış
Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
President.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə M.A.Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib, həmçinin hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Məhərrəm Abış oğlu Əliyev təyin olunub.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.