Məhsum Nuruyev Ağadayı oğlu

Nuriyev Məhsum Ağadayı oğlu – Türkan daş karxanasının rəhbəri Azərbaycan sahibkarlıq mühitində vicdanı, halallığı və xeyirxahlığı ilə seçilən nümunəvi iş adamlarından biridir. O, sahibkarlığı təkcə qazanc mənbəyi deyil, cəmiyyətə fayda vermək, insanlara dəstək olmaq və dövlətinə xidmət etmək yolu kimi qəbul edir. Məhsum müəllimin həyat fəlsəfəsi zəhmətə, dürüstlüyə və xeyirxah əməllərə söykənir.

Uzun illərdir Türkan daş karxanasına rəhbərlik edən Məhsum Nuriyev bu müəssisəni bölgədə tanınan, etibarlı və məsuliyyətli bir istehsal mərkəzinə çevirib. Onun rəhbərliyi altında karxanada həm istehsalın həcmi artıb, həm də işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaradılıb. O, işçilərinə sadəcə əməkdaş kimi yox, böyük bir ailənin üzvləri kimi yanaşır, onların sosial rifahını daim diqqətdə saxlayır.

Məhsum müəllimin ən yüksək insani keyfiyyətlərindən biri də xeyriyyəçilik və sosial məsuliyyət hissidir. O, şəhid ailələrinə, qazilərimizə, aztəminatlı ailələrə və ehtiyacı olan insanlara daim yardım göstərir. Onun etdiyi xeyirxah əməllər səmimi, təvazökar və nümayişsiz olur. Bu isə onun qəlbinin nə qədər təmiz və mərhəmətli olduğunu sübut edir. O, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrini heç vaxt unutmur və onları daim öz qayğısı ilə əhatə edir.

Məhsum Nuriyev eyni zamanda dövlətinə və dövlət başçısına sadiq olan, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti və ölkəmizin inkişaf yolunu dəstəkləyən vətənpərvər sahibkardır. O, Azərbaycanın güclənməsini, iqtisadiyyatımızın möhkəmlənməsini və xalqımızın rifahının artmasını öz şəxsi işi kimi qəbul edir. Bu səbəbdən də hər zaman dövlətin yanında olur və öz fəaliyyəti ilə bu mövqeyini sübut edir.

Türkan daş karxanasının fəaliyyəti də məhz bu prinsiplər üzərində qurulub: şəffaflıq, keyfiyyət, sosial məsuliyyət və insanlara hörmət. Məhsum müəllimin rəhbərliyi altında bu müəssisə təkcə daş istehsal edən yer deyil, həm də bölgədə iş yerləri yaradan, yerli iqtisadiyyata töhfə verən və cəmiyyətə fayda gətirən bir quruma çevrilib.

Bu gün Məhsum Nuriyev Türkan kəndində və ətraf bölgələrdə dəyərli, vicdanlı və xeyirxah sahibkar kimi böyük hörmətə malikdir. Onun adı çəkiləndə insanlar onu yardımsevər, ədalətli və sözübütöv bir insan kimi xatırlayır. Belə şəxslər cəmiyyətimizin mənəvi dayağı, dövlətimizin gücüdür. Məhsum müəllim kimi insanlar olduqca Azərbaycan daha da güclü və birlik içində olacaq.


Hazırladı M. Xəlilova

Digər Xəbərlər