Mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihə çərçivəsində kvadratmetri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarılıb.

Edalettv.Az xəbər verir ki, mənzillərin bir kvadratmetrinin qiyməti 435-830 manat intervalında müəyyən edilib.

Bildirilib ki, mənzillər paytaxt Bakının Ümid qəsəbəsində, həmçinin Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış komplekslərində təklif olunur.

Qeyd olunub ki, mənzillər 3 və 4 otaqdan ibarətdir, tam təmirli vəziyyətdədir və əvvəllər istifadə olunmayıb.

Bundan başqa, mənzillərin çıxarışı mövcuddur və ipoteka krediti vasitəsilə əldə edilməsi mümkündür.

Mənzillər barədə ətraflı məlumat ms.sosial.gov.az portalında yerləşdirilib. Mənzili həmin portal vasitəsilə "Bron et" düyməsinə basmaqla rezerv etmək mümkündür.

Məlumata görə, hər bir mənzili maksimum üç nəfər bron edə bilər. İlk bron edən şəxs mənzili almaqdan imtina edərsə, alış hüququ növbə ilə digər bron etmiş şəxsə ötürülür.

Nazirliklə mənzili bron edərək satın alan şəxs arasında 10 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilir.

Digər Xəbərlər